Koçaryan ifadə verməkdən imtina edib

09/02/2019 - 21:19 28 468 0   0  

Ermənistanda 2008-ci ildə Konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilən sabiq prezident Robert Koçaryan ifadə verməkdən imtina edib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublikanın keçmiş rəhbərinin vəkillər komandasının üzvü Ayk Alumyan mətbuat konfransında bildirib.

"Robert Koçaryan 1 mart 2008-ci il hadisələri ilə bağlı heç vaxt ifadə verməyib və bunu etməyəcək. O, dəfələrlə bildirib ki, ittihamların mahiyyətini anlamır", - deyə vəkil vurğulayıb.