Kəmalə Ağazadə: “Dörd övladına normal şərtlərdə baxa bilməyən qadın beşinci uşağa hamilədir” - FOTO

19/05/2021 - 10:53 316 0   0  

Uşaqları bu cür acınacaqlı şəkildə saxladığı üçün ananın hüquqlarının birmənalı şəkildə məhdudlaşdırılmasının tərəfdarıyam”.

Bu barədə Oxu.Az-a “Azərbaycan Uşaqlar Birliyinin” sədri Kəmalə Ağazadə məlumat verib.

Son günlər sosial şəbəkələrdə küçədə acınacaqlı vəziyyətdə saxlanılan dörd azyaşlı uşaq ötən gün sığınacağa gətirilib. Uşaqların pozulan hüquqlarının bərpası üçün aidiyyəti orqanlara müraciət olunacaq:

 

“Araşdırmalar nəticəsində məlum olub ki, bu azyaşlıların anası 36 yaşlı Rəhilə Məmmədova adlı qadındır. Qadın “Ayan” adı ilə də tanınır. Onlar Xırdalanda, “Bombey” adlandırılan ərazidə yaşayırlar. Qadın dünyaya gətirdiyi dörd övladına normal şərtlərdə baxa bilmədiyi halda beşinci uşağa hamilədir. Qadın içki aludəçisi və pis vərdişlərə sahibdir. Məsələni yerində araşdırdıq və heç də xoşagələn məlumatlar əldə etmədik. Təəssüf ki, qadının analıq hüququ birmənalı şəkildə əlindən alınmalı və azyaşlıların tapdanan hüquqları bərpa edilməlidir. Bu uşaqlar ana nəvazişindən kənarda qalıb. Anti-sanitar şəraitdə, baxımsız vəziyyətdə saxlanılıb”.

K.Ağazadə qeyd edib ki, əraziyə çəkilişə gedilən zaman qadın iki uşağını evdə bağlı vəziyyətdə saxladığını deyib:

“Biz israr etsək də, qapını açmaqdan imtina etdi. Bu, özü də qadının çox ciddi problemləri olduğundan və ana kimi uşaqlara qayğı göstərmədiyindən xəbər verir. İki uşaq - biri 1 yaşında, biri 2 yaşında olan azyaşlılar evdə bağlı vəziyyətdədir. Uşaqların ən böyüyü 6 yaşlı Röyadır, 4 yaşlı Dəniz, 3 yaşlı İlahi və 1 yaşlı Uğur ana qayğısı əvəzinə, üfunətli ev, əziyyət görüblər. Bu uşaqların taleyi bu “ana” nın əlində qalmamalıdır. Onların təhlükəsizliyi üçün dərhal aidiyyəti orqanlar reaksiya verməli və uşaqları dövlət himayəsinə götürməlidir. Hazırda biz uşaqların dördünü də sığınacağa yerləşdirmişik”.