KİV “insanların düşməni”dir - TRAMP

30/10/2018 - 00:12 13 894 0   0  

ABŞ prezidenti Donald Tramp yenidən kütləvi informasiya vasitələrini tənqid edib.

Suveren.az bildirir ki, bu barədə o, öz “Tvitter” bloqunda yazıb.

Onun sözlərinə görə, mətbuat orqanları respublikaçıları, mühafizəkarları və şəxsən onu ölkədəki bütün mövcud problemlərdə günahlandırmaq üçün əllərindən gələni edirlər.

Pittsburqda baş vermiş terror aktından bəhs edən Tramp KİV-i “insanların düşməni” adlandırıb: “Ölkəmizdə saxta və yalan xəbərlərlə yaradılmış qəzəb hökm sürür. KİV açıq düşmənçiliyə son qoymalı və xəbərləri düzgün, ədalətli çatdırmalıdır”.

Xatırladaq ki, D.Tramp KİV-i bundan əvvəl də dəfələrlə kəskin tənqid edib.