Kim Kardaşyanın əri Trampa rəqib olacaq

05/07/2020 - 19:21 6 424 0   0  

Amerikalı məşhur reper Kanye Uest ABŞ prezidentliyinə namizədliyini irəli sürüb.

Bu barədə reper Tvitter səhifəsində məlumat yayıb. “İndi biz Tanrıya inanaraq, baxışlarımızı birləşdirərək və gələcəyimizi inşa edərək Amerika xalqının vədlərini yerinə yetirməliyik. Mən ABŞ prezidentliyinə iddialıyam”, - Uest yazıb.

Reper namizədliyini hansı partiyadan irəli sürdüyünü açıqlamayıb. Onun namizədliyi ilə bağlı sənədlərini təqdim edib-etmədiyi də bəlli deyil.

Qeyd edək ki, Kanye Uest məşhur erməni pornoulduz Kim Kardaşyanın əridir.