“Karmen” şirkətindən xain zərbə, prezidentə sabotaj - Faktlar/Video

03/12/2018 - 19:55 10 690 0   0  

“Karmen” şirkəti ölkədə süni qiymət artımına getməklə sabotajla məşğul olmağa başlayıb.

Unun qiymətində bahalaşma şirkətin özbaşına qərarıdır.

Ölkədə hər hansı iqtisadi proses getmir, manat dəyərdən düşməyib, benzin qalxmayıb, Tarif Şurası tərəfindən hər hansı sahədə artım qərarı verilməyib. Ancaq “Karmen” şirkəti prezidentə qarşı iqtisadi sabotaja gedərək süni qiymət artımına yol verir.

Dövlət başçısı dəfələrlə bildirib ki, süni qiymət artımına yol verən işbazlar cəzalandırılmalıdır. Miq.az yazıb ki, əvvəl 21-22 manat olan 50 kiloqram un hazırda bazarda 25,60 manata topdansatış qiymətə satılır.

Başda “Karmen” olmaqla “Mehriban”, “Sarı sünbül”, “Anadolu”, “Qafqaz” və digər markalı unların qiymətləri süni şəkildə artırılıb.

Lakin un satışını həyata keçirən bu firmalar bahalaşmanın səbəbi kimi “Karmen”i göstərir. Qiyməti “Karmen” qaldırıb. Bu sahədə əsas inhisar bu firmanın əlindədir.

Un bazarını monopoliyaya alan “Karmen” indiyə qədər qiymətləri dəfələrlə süni şəkildə qaldırıb. 2015-ci il manatın məzənnəsinin ucuzlaşmasından sonra bu firma qiymətlərlə oynamağa başladı.

Hətta 50 kiloqram unun qiyməti 28-29 manata qədər qaldırılmışdı. Buna görə ciddi etirazlar da baş verdi. Dövlətin müdaxiləsindən sonra unun qiyməti stabil olaraq saxlanıldı.

Lakin son 10 gündə “Karmen” qiyməti süni şəkildə artırıb və bazardakı digər formaları da eyni addımı atmağa məcbur edib. Bu da xalqa qarşı xain zərbədir.

Əhalinin çörək tələbatını nəzərə almadan bu şəkildə iqtisadi hücuma keçmək hökumətin sosial siyasətinə qarşı fəaliyyətdir. Ancaq “Karmen” rəhbərliyi prezidenti saymır.

“Karmen” MMC-nin istehsal etdiyi un və un məhsulları Gürcüstan vasitəsilə düşmən ölkə olan Ermənistanda satışa çıxarılır.

“Armen” adı ilə satılan un məhsullarının Azərbaycandan Ermənistana getdiyi iddiaları səslənmişdi. Bir müddət əvvəl vəkil Osman Kazımov demişdi ki, Füzulidən olan məcburi köçkünlər inanılmaz bir cinayətlə qarşılaşıb. Bu haqda onlar prezident İlham Əliyevə müraciətdə təfsilatını yazıb:

“Cənab İlham Əliyev. Məcburi köçkünlər alnının təri, əlinin qabarı və balalarının ehtiyacları ilə taxıl əkərək ailələrini dolandırmaq istəyiblər. Bu məqsədlə 175 ton, 300 kiloqram taxıl “Karmen” MMC-yə təhvil veriblər.

İndi bu taxıl buxarlanıb, yoxa çıxıb. Oğruların kimliyi də bəllidir. Amma oğrular və “juliklər” himayə olunur. Ehtiyac içində,ac-yalavac dolanan o yazıq insanların müraciət etmədiyi ünvan

qalmayıb. Amma 175 ton, 300 kiloqram taxıl oğurlanıb, pulu çatmayıb.

Sakinlər prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, Füzuli rayonunun deputatı Bahar Muradovaya müraciət ediblər. Köçkünün malını yemək çox ayıbdır. Amma “Karmen” MMC buna da gedib” - deyə bildirilir.

İddialara görə, “Karmen” şirkətinin istehsal etdiyi “Karmen” nişanı ilə satılan unlarının kisələri üzərində yazılan çəki ilə kisənin içərisində olan unun çəkisi uyğun gəlmir.

Belə ki, üzərində 50 kq yazılan un kisələrinin içərisində 47-48 kq un vardır. Gün ərzində respublika ərazisində tonlarla un satıldığını nəzərə alsaq, demək olar ki, hər vətəndaşdan 3 kq unu kəsir.

Bu da hər gün şirkətin xalqdan tonlarla unu mənimsəməsi deməkdir. Qeyd edək ki, “Karmen” MMC deputat Əsabil Qasımova məxsusdur.

Şirkətin mövqeyini dərc etməyə hazırıq.  //cahan.info