Kanadanın İrəvandakı səfiri Fransanı tənqid etdi – ERMƏNİSTANA SİLAH TƏDARÜKÜNƏ GÖRƏ

31/10/2023 - 12:47 3 780 1   0  

Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib ki, indi sanksiyalar barədə söhbət Ermənistan və Azərbaycan arasında davam edən sülh səylərinə zərbə vurmaq riski daşıyır.

Səfir qeyd edib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər. Onun sözlərinə görə, indiki məqamda sanksiyalar yolunu seçmək davam edən sülhməramlı səylərə zərbə vurmaq riski daşıyır.

“Biz heç kimin sanksiyalar yolunu seçdiyini görməsək də, Fransadan hərbi dəstək ola biləcəyi ilə bağlı bəyanatların şahidi olduq. Bu, Azərbaycanı sülh prosesinin irəliləyişinə töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüşlərdən və müzakirələrdən imtina etməyə məcbur etdi”, - diplomat qeyd edib.