İTC Mətbuat Xidməti rəhbəri Təbriz Musayevdən AÇIQLAMA - "Rusiya və İran Qarabağda gedən vətən müharibəsində gizlində olan əllərini geri çəkməlidirlər"

17/10/2020 - 11:10 5 998 1   0  

Rusiya təcili olaraq Ermənistana Gəncə şəhərini poliqona çevirməyi ilə bağlı xəbərdarlıq etməlidir.

Ermənistanın Gəncə şəhərini qadağan olunmuş ballistik raketlərlə vurmasının məqsədi qarşı tərəfi cavab atəşi olaraq Ermənistan ərazilərini atəşə tutulmasına nail olmaqla Rusiyanı tərəf kimi Qarabağ savaşına cəlb etməkdir. Paşinyan Rusiyanı müharibəyə cəlb etməklə Cənubi Qafqaz müharibəsini başlatmağa can atır. İranın öz ərazisindən Ermənistana silah daşınmasına yol verməsi qarşı tərəfin müharibənin miqyasının genişləndirməsinə şərait yaradır. Odur ki, Rusiya və İran Qarabağda gedən vətən müharibəsində gizlində olan əllərini geri çəkməlidirlər. Paşinyanın növbəti dəfə terror aktı həyata keçirməklə tərəflər arasında gedən vətən müharibəsinin miqyasını genişləndirmək və Cənubi Qafqazda iri miqyaslı müharibənin başlanmasına nail olmaqdır.

İstənilən halda bu müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatacaqdır. Əgər üçünücü dövlətin müharibəyə müdaxiləsi olarsa, hətta Ermənistanın dövlət kimi qalıb-qalmaması məsələsi gündəmə gələcəkdir.

Vəziyyət təxribat xarakteri aldığından İrəvan Türk Cümhuriyyətinin hadisələrə qoşulmaq ehtimalı olacaq ki, bu da Ermənistandan zorla qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıdışını zor gücünə təmin etmək və yüz illər boyunca işğalda olan torpaqlarımızı azad etmək məqsədi daşıyacaqdır.

İTC Mətbuat Departamentinin rəhbəri Təbriz Musayev