İsveç FETÖ-çülərə sığınacaq verib

14/01/2019 - 19:15 9 733 0   0  

İsveç 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra yüzlərlə FETÖ-çüyə yaşayış və işləmək icazəsi verib.

Suveren.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə İsveç dövlət televiziyası ölkənin Miqrasiya İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2015-ci ildə 253, 2016-cı ildə 738, 2017-ci ildə 872, 2018-ci ildə isə 493 Türkiyə vətəndaşı İsveçdən sığınaacq istəyib. Onların böyük əksəriyyətinin FETÖ terror təşkilatı ilə bağlılığı olub.

İsveç qanunlarına görə, fasiləsiz iş icazəsi verilən şəxslər 5 ildən sonra İsveç vətəndaşı ola biləcəklər.