Səudiyyə Ərəbistanı və İsrail təmsilçiləri gizli görüşlər keçirib.
Suveren.az Birləşmiş Ərəb Əmirliklərinin “əl-Xəlic” saytına istinadla xəbər verir ki, bu görüşlər nəticəsində krallıq İsraildən casusluq texnologiyasının satışı da daxil olmaqla, təxminən 250 milyon dollarlıq bir razılaşma əldə edib.
İsraildən heç bir ərəb ölkəsinə mürəkkəb sistemi satmadığı halda, modern casus sistemlərdən bəziləri artıq Səudiyyə Ərəbistana köçürülüb və Səudiyyə texniki qrupu müvafiq təlim gördükdən sonra o, istismara verilib.
İki ölkə avropalı vasitəçi sayəsində Vaşinqton və Londonda keçirilən görüşlərdə strateji hərbi məlumat mübadiləsi aparıb.
Xatırladaq ki, “Əl-Xəlic”in sentyabr məlumatına görə, Səudiyyə Ərəbistanı husilərin raket hücumlarından müdafiə olunmaq üçün İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini satın alıb.
Birləşmiş Ştatların vasitəçiliyi ilə imzalanan sazişə iki ölkə arasında geniş hərbi əməkdaşlıq haqqında gələcək planlar daxil edilib.
İsrailin Səudiyyə Ərəbistanı ilə rəsmi münasibətlər olmasa da, krallıq və digər Körfəz ölkələri ilə əlaqələr son illərdə İranın bölgədə nüfuzunun genişlənməsinin təhlükəsi ilə əlaqədar olaraq daha da güclənib.
İsrail ordusu Baş Qərargahının rəhbəri general Qadi Ayzenkot bir neçə ərəb ölkəsi, o cümlədən Səudiyyə Ərəbistanı Baş Qərargah rəisi general Fəyyad bin Həməd əl-Ruvayli ilə oktyabrın ortalarında hərbi komandirlər üçün Vaşinqtonda keçirilən konfransada bir araya gəlib.
İsraillə gizli anlaşma – 250 milyon dollarlıq silah alışı