Prezidentin mətbuat katibi İbrahim Kalın “Ülke tv”də yayımlanan “Uluslararası Gündem” proqramında verdiyi açıqlamada bildirib ki, İsrail və Ermənistan da koronovirusla mübarizə üçün Türkiyədən yardım istəyib. O deyib: “Türkiyədən 100-ə yaxın ölkə yardım istədi. Biz dünyada yardım barəsində birinci sıradayıq. Burada əsas məsələ öz ehtiyacımızı təşkil etməkdir. Amma gücümüz çatdığı qədər 10-12 və daha çox ölkəyə yardım göndərdik. İsrail və Ermənistandan da bu cür yardım xahişi gəldi. Türkiyə qara günün dostu olduğunu hər kəsə bu şəkildə göstərmiş oldu. Böyük iqtisadiyyatı olan ölkələrin necə aciz hala gəldiyini gördük”.
Türkiyənin BVF-a müraciət etməsi barədə isə bildirdi ki, “Türkiyənin BVF-a yardım üçün müraciət etməsindən söhbət belə gedə bilməz. Bundan sonra da belə bir şey müzakirə edilməyəcək”.
İsrail və Ermənistan Türkiyədən kömək istədi

Suveren.az