İspaniyada məşhur kurortları su basdı - FOTO

19/11/2018 - 20:22 22 666 0   0  

İspaniyada qasırğa və leysan yağışları nəticəsində məşhur kurortların əksəriyyətini su basıb.

Suveren.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, Tenerife adasında sahildə yerləşən otellərin eyvanları hündürlüyü 10 metrə çatan dalğalar səbəbindən uçub.

Bundan başqa, Malaqa şəhərində qasırğadan dolayı dağıntılar qeydə alınıb. Hazırda Alikante və Valensiya əyalətlərində, Barselona şəhərində “qırmızı”, Balear adalarında da “narıncı” təhlükə elan olunub.

Hətta ölkənin şimal-qərbindəki Qalisiya muxtar bölgəsində də yaşlı qadın su basdığı evində ölü tapılıb.