Bizlər, hazırda Ermənistan adlanan Qərbi Azərbaycan bölgəsindən zorla vǝ qǝtliamlarla öz dǝdǝ-baba torpaqlarından sürgün olunmuş insanlar olaraq sizə müraciət edirik.
Əslindǝ I-ci Pyotr tǝrǝfindǝn ǝsası qoyulan Rus dövlǝtinin isti dǝnizlǝrǝ vǝ Aralıq dǝnizinǝ çıxması planı XIX-cu yüzilin ǝvvǝllǝrindǝn başlayaraq hǝyata keçirilmişdir. Qafqazı işğal edǝn çar Rusiyası İrandakı Qacar hakimiyyəti ilə savaşmış vǝ qalib gǝlmişdir. İki dövlǝt arasında 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləlǝri imzalanaraq Azǝrbaycan yurdu Talış dağları vǝ Araz çayı sǝrhǝd olmaqla iki hissǝyǝ bölünmüş, qüzeyini Rusiya, güneyini dǝ İran mǝnimsǝmişdir. Ruslar I-ci Dünya Müharibǝsindǝ mǝğlub olan Osmanlı torpaqları, İran, Livan vǝ digǝr yerlǝrdǝn gǝtirdiklǝri 100 minlərlə erməni ailǝsini işğal etdiklǝri Azǝrbaycan torpaqlarına, yǝni indiki Ermənistan adlanan Qǝrbi Azǝrbaycana köç etdirərək Ermənistan terror dövlətini yaratmışdır. Dağlıq Qarabağa 1828-ci ildǝn yerlǝşdirilǝnlǝr isǝ biz türklǝr tǝrǝfindǝn qonaq kimi qarşılanmış, onlara hǝr cür bǝşǝri yardım edilmişdir.
Çarlıq dövründǝ torpaqlarımızda mǝskunlaşdırılan ermǝnilǝr gǝldiklǝrindǝn etibarǝn dinc durmamışdır. Sovet Rusiyası dövründə bu torpaqların yerli xalqı olan biz Azǝrbaycan türkləri rusların da dǝstǝyi ilǝ yaradılan erməni terror dövlǝti tǝrǝfindǝn qǝtliamlarla köçə məcbur edilmişdir. 1918-ci ildə yaranan Ermǝnistan dövlǝtinǝ İrəvan Xanlığının paytaxtı olan şǝhǝrimiz və ətraf bölgəlǝri olmaqla 9 min kv.km ərazini güzǝştǝ getmǝsi üçün böyük güclər tərəfindən Azǝrbaycan dövlǝtinǝ ağır tǝzyiq edilǝrǝk bizlǝrin razılığı olmadan Batum sazişi imzaladılmışdır. Ancaq bu sazişə Qarabağ, Naxçıvan və Zəngəzur bölgǝlǝri daxil edilmǝmiş vǝ Ermǝnistanın bu bölgǝlǝrlǝ bağlı hǝr hansı iddiasının olmayacağı vurğulanmışdır. Sovet Rusiyası 1922-ci ildən başlayaraq Zəngəzur, Göyçə, Dərələyəz və bir sıra digər əyalətləri də Azǝrbaycandan onun razılığı olmadan alaraq Ermǝnistana bağışlamışdır. 1948-ci ildə yenə Sovet Rusiyanın çıxardığı qərarlarla 100 minlərlə Azərbaycan türkü doğma torpaqlarından zorla Azǝrbaycana sürgün edilmiş, onun iradəsi heçə sayılmışdır. XIX-cu yüzilin ǝvvǝllǝrindǝn başlayaraq indiki Ermǝnistanda öz tarixi torpaqlarında yaşayan Azǝrbaycan türklǝri evini, vǝtǝnini vǝ canını itirmiş, milyonlarla insana "self-determination" hüququ tanınmamış, bu torpaqlardan çıxarılmaları haqda nǝ referendum, nǝ dǝ hǝr hansı razılıq aktı keçirilmǝmişdir.
İndiki Ermənistanda yaşayan Azǝrbaycan türklərinin sonuncu qalıqları da Sovet Rusiyasının ǝyani dǝstǝyi və erməni terror dəstələrinin işbirliyi ilə 1988-ci ildə son nəfərinə kimi öz yurdundan qovulmuşdur.
Tarixin ǝn qǝdim çağlarından bǝri yaşadığımız torpaqlara gedib atalarımızın qǝbirlǝrini ziyarǝtǝ belǝ mane olunmuş, bölgǝnin qǝdim Türk adları vǝ abidǝlǝri kobudcasına ermǝnilǝşdirilmişdir.
Hörmətli dünya dövlətlərinin liderləri!
Xocalı Soyqırımını yǝqin ki, xatırlayırsınız! Dünyada tək monoetnik və digər millətlərə aqressiv münasibətlərlǝ soyqırım törədən terrorçu Ermənistan dövlətinə səssiz qalmayın! Bu terrorçu dövlət BMT tərəfindən tanınan insan hüquqlarını yox saymaqdadır. İnsanlıq nə zamana qədər işğalçı vǝ dünya hakimiyyǝti iddiasında, Avropanı da mǝnimsǝmǝk arzusunda olan imperialist Rusiya ilə terror yuvasına çevrilmiş Ermənistana səssiz qalacaqdır?
Öz ata-baba yurdlarından Rusiya vǝ onun forpostu olan Ermənistan dövlǝti tǝrǝfindǝn qovulan biz türklǝr öz xalqımızı təmsilən 9 May 2020-ci il tarixindǝ İrəvan Türk Cümhuriyyətini elan etmişik.
BMT-nin insan hüquqlarını, ədalət prinsiplərini rəhbər tutan dövlətlərdən dəstək gözləyirik. Biz öz evlərimizdə, kənd və şəhərlərimizdə yaşamaq istəyirik, öz dağlarımızın havasını udmaq, bulaqlarımızın suyunu içmək, dağıdılmış və zorla əlimizdən alınmış mülklərimizə sahib çıxmaq, ata və babalarımızın uyuduğu qəbirləri ziyarət etmək hüququmuzu qaytarmaq istəyirik. Bizi dǝstǝklǝmǝklǝ insanlığı, haqq-ədaləti dəstəkləmiş olacaqsınız!
Hörmǝtlǝ: İrəvan Türk Cümhuruyyətinin Millət Şurası
İrəvan Türk Cümhuriyyəti BMT və Dünya Liderlərinə BƏYANAT ünvanladı: "İRƏVANA QAYITMAQ HÜQUQUMUZU TANIYIN"
BMT Baş Katibinə!
Dünya Ölkələrinin Liderlərinə!

Bölmənin xəbərləri