İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi ABŞ prezidenti Donald Trampın “52 ildən sonra ABŞ üçün İsrailin Golan təpələri üzərindəki suverenliyini tanımaq qərarının vaxtı çatdı” açıqlamasına cavab verib.
Salihi öz “Tvitter” səhifəsində Golan təpələrinin, sakinlərinin və qanuni mülk sənədləriin türkmənlərə məxsus olmasının Kuneytrada təsdiqləndiyini bildirib.
(Qeyd edək ki, Əl-Kuneytra – Suriyanın cənub-qərbində tərk edilmiş şəhərdir və BMT-nin idarəsi altındadır – red.)
Şalihi Golan təpələri ilə bağlı sözlərinə belə savam edib: “Suriyada dörd il yaşamışam. Buna görə də, regionun topoqrafiyasını və coğrafiyasını bilirəm.
Orada yaşayanlar suriyalı türkmənlərdir. Lakin 1967-ci ildə baş vermiş işğal, türkmənlərin paytaxt Dəməşq şəhərində köçkün kimi məskunlaşmasına səbəb oldu.
Ora nə İsrail, nə də ərəb bölgəsidir. Golan təpələri türkmən bölgəsidir”.
İraqdakı soydaşlarımızın lideri Salihi: “Golan nə İsrailindir, nə də ərəblərin...”

Bölmənin xəbərləri