İranlı axundun cənazəsi Suriyadan Quma gətirildi

09/11/2018 - 23:01 19 105 0   0  

İranlı axund Məhəmməd Həsən Dehqani Suriyada gedən savaşda həlak olub.

Bu barədə İranın “Sepah”a yaxın saytları məlumat yayıb.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş axund Məhəmməd Həsən Dehqani Suriyanın savaş məntəqələrindən birində Əsədə müxalif qüvvələrin açdığı atəş nəticəsində öldürülüb.

Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü və hadisənin detalları mediaya açıqlanmayıb.

Cənazəsi ölkəyə gətirilən axund İranın Qum şəhərində torpağa tapşırılıb.