İranda polis tərəfindən 1,5 ton narkotik vasitə müsadirə edilib

12/12/2018 - 15:54 10 516 0   0  

İranın Simnan və Tehran şəhərlərinin polis idarələrinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində 1,5 ton narkotik vasitə müsadirə edilib

AZƏRTAC Simnan polis idarəsinin rəisi general Ruhul Əminiyə istinadən xəbər verir ki, narkotik vasitələrin qaçaqmalçıları Simnandan Tehrana kimi izlənilib. Rəis diqqətə çatdırıb ki, Əfqanistandan böyük həcmdə narkotik vasitənin İrana daxil olacağı barədə operativ məlumat daxil olmuşdu. Polis qaçaqmalçıları izləmək qərarına gəlib və narkotikin Tehrana daşındığını müəyyənləşdirib. Sonra Tehran polisinə xəbər verilib. Birgə keçirilən əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı və satişi ilə məşğul olan iki dəstə müəyyən edilib. Dəstə üzvləri həbs olunub və 1,5 ton narkotik vasitə müsadirə edilib.
Xatırladaq ki, son dövrlər İranın hüquq-mühafizə orqanları narkotik qaçaqmalçılığına qarşı mübarizəni daha da gücləndiriblər.