İrana qarşı sanksiyalardan ən çox bu ölkə əziyyət çəkəcək

05/01/2019 - 20:27 15 640 0   0  

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan ən çox İraq əziyyət çəkəcək.

Bunu İraq Neft Nazirliyinin nümayəndəsi Asem Cihad deyib.

"Bu sanksiyalardan ən çox İraq əziyyət çəkəcək. Çünki İraq, əsasən, İranın qaz və elektrik enerjisinə bel bağlayır və onların dayandırılması nə hazırda, nə də yaxın gələcəkdə alternativ variantın olmayacağı deməkdir", - deyə A.Cihad bildirib.

Onun dediyinə görə, ölkələr neft bazarında balansın idarə olunması üçün digər müqavilələr istiqamətində hərəkət etmək məqsədilə qüvvələrini birləşdirməlidirlər.

"6 ayda hasilatın 1,2 milyon barel azaldılması ilə bağlı OPEC-in toplantısıdakı son razılaşma neft bazarını idarə etmək üçün həll yollarından biridir. Müvafiq olaraq, İraq hər hansı bir dövlətin blokadaya salınmasından fayda qazanmağı düşünmür və bu fikirdən çox uzaqdır", - A.Cihad əlavə edib.

Qeyd edək ki, ötən il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub.(“Report”)