İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb

17/05/2019 - 23:22 13 903 0   0  

İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Fars körfəzindəki gəmilərini məhv edə bilər. Bu bəyanatı  Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri, general  Məhəmməd Saleh Cokar verib.

Reuters-in məlumatına görə, iranlı general ABŞ-ın yeni müharibəyə girişmək istəməyəcəyindən əminliyini ifadə edib.

New York Times qəzeti isə yazıb ki, Ağ Ev ABŞ kəşfiyyatının  göndərdiyi görüntülərdən çox narahat olub. Bu görüntülərdə İran raketlərinin tam döyüş hazırlığına gətirildiyi aydın görünür.

Qeyd edək ki, ABŞ HDQ-nin iki hərbi gəmisi – “USS McFaul” və “USS Gonzales” Fars körfəzi sularında üzür. Bu hərbi gəmilərdən hər biri 90 “Tomahawk”  tipli qanadlı raket və  digər siniflərdən olan raketlərlə təchiz edilir.

İranla ABŞ arasında münasibətlər  Ağ Evin Tehrana qarşı sanksiyalar tətbiq etməsi ilə gərginləşməyə başlayıb.