İran prezidenti Türkiyəyə rəsmi səfər edib

19/12/2018 - 22:04 10 687 0   1  

İran prezidenti Həsən Ruhani Türkiyəyə rəsmi səfərə gedib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, İran liderini Esenboğa aeroportunda enerji və təbii resurslar naziri Fatih Dönməz və digər nümayəndələr qarşılayıblar.

Ruhani Rəcəb Tayyib Ərdoğanla sabah Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında görüşəcək.

Ruhaninin səfəri zamanı əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək Şura iclasında Türkiyə və İran arasında münasibətlərin bütün aspektləri müzakirə olunacaq.

İclasda ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Bu arada məlum olub ki, Ruhani Ərdoğanı tərifləyib. İran prezidenti bildirib ki, ölkəsinə sanksiya həmlələri qarşısında Türkiyə və cənab Ərdoğanın mövqeyi qəti və aydın olub.

O həmçinin bildirib ki, Türkiyə İran üçün önəmli qonşudur: “ABŞ minlərlə kilometr uzaqdan gəlib region ölkələrinin bir-biriləri ilə necə əlaqələr quracağını diqtə edə bilməz”.