Son günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmini zəbt edib. Minval.İnfo xəbər verir ki, bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə xeyli müzakirə səbəbinə çevrilib.
Yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.
Yayılan fotolarla bağlı şərhdə bildirilib ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində 2 il ərzində milyonlara sahib olan Səməd Cəbrayılovun Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olduğu vurgulanıb.
Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlunun belə böyük sərvəti necə əldə etdiyi ilə hüquq-mühafizə orqanları maraqlanacaqmı?
İCRA BAŞÇISININ QARDAŞI OĞLUNUN DƏBDƏBƏLİ HƏYATI – FOTOLAR