Tanınmış Hüquq müdafiəçisi Oktay Gülalıyev günahsız yerə qətlə yetrilən hərrbiçilərlə bağlı öz facebook səhifəsində sensasiyon məlumat paylaşıb.
Həmin məlumatı olduğu kimi GundemXeber.Az-ın çoxsaylı oxucularının diqqətinə çatdırırıq:
“Tərtər işi” ilə bağlı (bir qrup hərbçinin 2017- ci ilin may ayında müəmmalı şəkildə öldürülməsi və həbs olunması- red.) sənədlərlə tanış oluram. Yalnız 2 epizod üzrə sənədlərin ümumi sayı 1000 (min) səhifəyə yaxındır və bu sənədlər hammısı rəsmi sənədlərdir. Oxuduqca dəhşətə gəlirəm və sona qədər oxumaq olmur...
“Azərbaycanda işgəncə laboratoriyaları var” ifadəsinə görə məni Daxili İşlər Nazirliyinə çağıranda məndən fakt və həmin laboratoriyaların yerini soğruşdular. O zaman mən öz fikrimi bildirib sualları cavablandırdım. İndi böyük məmuniyyətlə məni sorğulayan həmin şəxslərə Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019- cu il 1(098)-7/2019 saylı hökmünü təqdim etməyə hazıram. Bütün səhifələri möhürlənmiş 576 səhifəlik hökmdə N saylı hərbi hissənin Tərtərdə yerləşən köhnə Qərargah binasının 2-ci mərtəbəsində işgəncə cihazları ilə təmin edilmiş xüsusi otaqlarda Azərbaycanlı əsgər və zabitlərə dövlətin adından və gücündən istifadə edərək bir qrup yüksək vəzifəli şəxsin (!?) necə xüsusi amansızlıq və qəddarlıqla işgəncə verərək onları öldürməsi açıq və təfsilatlı şəkildə qeyd olunur. Sən demə işgəncə laboratoriyaları həm də Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə var imiş...
Vacib qeyd; məhkəmənin hökmündə qeyd olunur ki, işgəncə verən vəzifəli şəxsin birinin rütbəsi ədliyyə mayorudur, N saylı hərbi hissənin rəhbərliyində təmsil olunur. Bir qrup vəzifəli şəxs tərəfindən yüzlərlə əsgər və zabitə gözləri və qolları bağlı şəkildə, paltarları soyundurulmuş halda verilmiş ağır, dəhşətli işgəncələr nəticəsində onların ən azından 8 nəfəri işgəncəyə dözməyərək vəfat edir. Sonradan həmin şəxslərin 4- ü bəraət alır və işgəncə verən şəxslər həbs olunur. Sonra bilirsinizmi nə baş verir?
İnsanlara “xüsusi amansızlıq və qəddarlıqla işgəncə verən” (fikirlər məhkəmə sənədindən götürülüb- red) vəzifəli şəxslər 6 il həbs cəzası alır, bir nəfər 10 il (!?). Və onlara qarşı irəli sürülən ittihamda adam öldürmə maddəsi çıxarılır (!?). Siz təsəvvür edirsinizmi xüsusi amansızlıq və qəddarlıqla əsgər və zabitlərin öldürülməsində iştirak edən şəxslərə 6 il iş verirlər və onlara qarşı adam öldürmə maddəsi ittiham aktından çıxarılır. Halbu ki məhkəmə sənədində açıq qeyd olunur ki, “hərbi qulluqçu Elçin Quliyev çox saylı zərbələr almış, baş beyin, ağciyər və böyrəkətrafı toxumalara qan sızması nəticəsində 06 may 2017- ci il tarixdə işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə Qərargah binasında ölmüşdür” (!?). Digər dəhşət ondan ibarətdir ki, məhkəmə sənədində qeyd olunur ki, ağır vəziyyətdə olan Elçin və digər hərbi qulluqçulara tibbi yardım göstərilməsinə imkan verilməyib (!?). Məhkəmə sənədində onlarla belə faktlar var...
İndi özünüz fikir verin ən azından 8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası verirlər, amma siyasi məhbus ailələrinə maliyə dəstəyi göstərdiyi üçün Saleh Rüstəmova 7 il 3 ay, “əsgər ölümlərinə son” dediyi üçün İlkin Rüstəmzadəyə 8 il cəza verirlər. Budurmu ədalət? Ədalətsizlik, vəhşilik və məkrli niyyət göz qabağındadır...
Niyə Serj Sarkisiyanın otağını dinldiklərini, ordumuzun və sərhəd bölgəsinin müasir, xüsusi texnika ilə təchiz olunduğunu iddia edənlər məhkəməyə əsgərlərimizi xəyanətdə ittiham etdiklərinə dair foto, video və digər sübutlar təqdim edə bilmirlər? Necə olur ki, hərbi qulluqçuları və zabitləri “xəyanət edən” korpusun, briqadanın, hərbi hissəsənin komandiri öz vəzifəsində qalır, amma əsgərlər və aşağı rütbəli vəzifəlilər ağır cəzalandırılır? Öldürülür və ya uzun müddətli həbsə göndərilir. MN rəhbərliyi Zakir Həsənovun, Nəcməddin Sadıqovun, korpus komandiri Hikmət Həsənovun, briqada komandiri Teymur Məmmədovun orduda yaratdığı nizam- intizam, ədalət budurmu? Yeri gəlmişkən "Tərtər işi" ilə bağlı hazırda 24 nəfər hərbiçiyə 9 ildən 20 ilə qədər həbs cəzası verilib və onlar həbsdədir...
Dostlar, “Tərtər işi” işi tanış olduqca fikirlərimi sizlərlə bölüşəcəm. Hər kəsi “Tərtər işi” və “Gəncə işi” ilə bağlı baş verənlərə laqeyd qalmamağa, hər iki hadisə ilə bağlı araşdırma aparmağa, günahsız insanlara dəstək olmağa çağırıram!"
Hərbiçilərin qətlə yetrilməsi rəsmi sənədlərdə - ŞOK FAKT (VİDEO)