HƏRBİ XİDMƏTƏ GETDİKDƏN 10 GÜN SONRA GÖZLƏRİ TUTULDU - Göyçay Hərbi Komissarlığı xəstə uşaqları da hərbi xidmətə göndərir / VİDEO

12/05/2023 - 13:43 3 685 0   0  

Göyçay rayon Hərbi Komissarlığı xəstə uşaqları da hərbi xidmətə yola salır.

Məlumata əsasən, sağlam uşaqların ailəsindən alınan 12-15 min manat rüşvət qarşılığında isə onları “xəstə”, hərbi xidmətə yararsız göstərirlər.

Qeyd edək ki, rayon sakini Süleyman Hüseynovun aylardır rəsmi qurumlara müraciətləri davam edir. O, iddia edir ki, oğlu Həsən hərbi xidmətə çağırılan vaxt gözlərinin zəif olduğu ortaya çıxıb. Lakin Göyçay rayon Hərbi Komissarlığı buna göz yumaraq, onu xidmətə yola salıb.

Şikayətçi iddia edir ki, pulu olmayan, amma xəstə olan uşaqlar bu komissarlıqdan hərbi xidmətə yola salınırlar.

Süleyman Hüseynovun müraciətini olduğu kimi təqdim edirik:

 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.