Mərkəzi Afrikanın qərb sahillərində yerləşən Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə Prezidentinə etibarın tükənməsinə görə “Milli Bərpa Şurası”yaradıldığını açıqlayıblar.
“Report” “BBC News”a istinadən xəbər verir ki, hərbçilər radioefirdə Qabonda demokratiyanın bərpa edilməsinin vaxtının yetişdiyini bildiriblər.
Qeyd olunur ki, paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir.
Əlavə edək ki, Qabona 2009-cu ildən bəri hakimiyyətdə olan Prezident Əli Bonqo Ondimba başçılıq edir. KİV-in məlumatına görə, o, ötən ilin oktyabr ayında insult keçirib və Mərakeşdə müalicə kursu keçib.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentə qarşı qiyam qaldırmış hərbçilər adından müraciəti radio ilə leytenant Ondo Obianq Kelli oxuyub. O, Əli Bonqonun Yeni il müraciətindən məyus olduqlarını bildirib və prezidentin çıxışını “hakimiyyəti nə yolla olursa olsun, saxlamağa yönəlmiş miskin tamaşa” adlandırıb.
59 yaşlı Əli Bonqo 2009-cu ildən ölkəyə rəhbərlik edir. 2016-cı ildə ikinci müddətə prezident seçilib, müxalifət seçkilərin nəticələrini tanımayıb. Ondan əvvəl isə Qabona 42 il ərzində Əli Bonqonun atası Ömər Bonqo rəhbərlik edib.
Ötən il oktyabrın 24-də Əli Bonqo insult keçirib və Mərakeşdə müalicə olunub.Prezidentin uzun müddət ölkədə olmaması konstitusiya böhranı yaradıb. Nəhayət Əli Bonqonun sağaldığını və ölkəyə qayıtdığını elan ediblər.
Dekabrın 31-də prezident nəhayət televiziya ilə xalqa müraciət edib, çıxışında bildirib ki, insult keçirsə də tam sağalıb və ölkəni idarə etmək qabiliyyətindədir. Lakin Əli Bonqonun çıxışı zamanı sözləri düzgün tələffüz edə bilmədiyi, sağ əlinin işləmədiyi diqqətlərdən yayınmayıb.
HƏRBÇİLƏR HAKİMİYYƏTİ ƏLƏ KEÇİRDİ – “Prezidentə etibar tükənib…” (VİDEO)