Honq Konqda on minlərlə insanın etiraz aksiyası

01/07/2020 - 18:45 6 331 1   0  

1 iyul, Hong Kongun İngilis idarəçiliyindən Çinə keçməsinin 23-cü ildönümündə Hong Kong küçələrində başlayan etiraz aksiyaları neçə gündür ki, davam edir. 10 minlərlə insan küçələrə çıxmış vəziyyətdədir. Çox sayda polisin mane olmağa çalışdığı aksiyalarda polislə aksiyaçılar arasında tez-tez üz-üzə və sərt insidentlər yaşanır.

Çin hökumətinə Hong Kong üzərində yeni hakimiyyət verən mübahisəli bir təhlükəsizlik qanunu layihəsi dünən təsdiq olunmuşdu. Hong Konglular isə bu mübahisəli qanuna etiraz edirlər və Hong Kongun Çin təzyiqindən qurtulmasını istəyirlər. Çinin Hong Kong Xüsusi Muxtar Bölgəsində, Qərb ölkələri və bölgədəki müxalif qrupların qarşı çıxdığı Milli Təhlükəsizlik Qanununun dünən qüvvəyə minməsinin ardınca qanun qismində ilk müşahidələr aparıldı. Polis, müstəqillik tələbi ilə bayraq daşımaq, icazəsiz toplanmaq və polis məmurlarının vəzifələrini yerinə yetirməsi mane olmaq ittihamı ilə yeni qanun çərçivəsində 30-dan çox etirazçı həbs olundu. Hong Kongun Çinə verilməsinin ildönümü səbəbi ilə aksiyaların qarşısını almaq məqsədi ilə şəhərin bəzi bölgələrinə təxminən 4 min polis yerləşdirildi. Çinin Hong Kong Xüsusi Muxtar Bölgəsinin baş idarəçisi Carrie Lam, Hong Kongun Çinin tərkibinə verilməsinin ildönümü səbəbi ilə etdiyi çıxışda Milli Təhlükəsizlik Qanununu müdafiə etdi.