Həbsdə olan sabiq deputat Prezidentdən nə xahiş etdi? - MÜRACİƏTİN MƏTNİ

06/02/2024 - 12:31 3 202 1   0  

Həbsdə olan tanınmış iş adamı, sabiq deputat Nazim Bəydəmirli Prezident İlham Əliyevə müraciət edərək, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.

Hazırda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək həbsdə saxlanılan N.Bədəmirli ona qarşı işin heç bir hüquqi əsası olmadığını bildirib.

N.Bəydəmirli Prezident İlham Əliyevə müraciətində iddia edib ki, onun ötən il iyulun 4-də baş vermiş həbsi uydurma cinayət işi əsasında olub. O, həbs olunmazdan əvvəl iki həftə ərzində media ilə aktiv əlaqədə olduğunu, Gədəbəydəki “Söyüllü hadisələri” adlandırdığı olaydan sonra yerli və xarici nümayəndələrə müsahibələr verdiyini vurğulayıb. Bu müsahibələr zamanı Bəydəmirli öz təsir imkanlarından istifadə edərək yerli sakinləri sakit olmağa və hüquq-mühafizə orqanları ilə münaqişələrdən qaçmağa çağırıb.

Bədəmirli iddia edib ki, sakitliyə və Dövlət Komissiyası ilə əməkdaşlıq etməyə çalışsa da, hadisələrdən az sonra ona qarşı məqsədyönlü qara piar kampaniyası başlayıb, onu “təşkilatçı” və “rejissor” adlandırıblar. O, çıxışlarının dövlətin, xalqın mənafeyinə uyğun olduğunu vurğulayıb.

N.Bəydəmirli Prezident İlham Əliyevə fevralın 7-də keçiriləcək seçkilərdə uğurlar arzulayıb. O, ictimai fəaliyyəti dövründə Azərbaycan dövlətinin müdafiəsinə sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Nazim Baydəmirli ötən ilin iyulunda həbs olunub. İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib.

2024-cü il yanvarın 31-də Nərimanov Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat barəsində seçilmiş qətimkan tədbiri müddəti daha 2 ay uzadılıb./konkret.az