Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların barəsində şərti cəza təyin olunub.
İttihama görə, Vaqif Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyib, ondan 23 min manat alıb.
Bundan sonra Vaqif Nəbiyev vədinə əməl etməyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dəldəzuluq etmək) maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və Vaqif Nəbiyev məhkəmə zalında həbs olunub.
Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Vaqif Nəbiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Vaqif Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovla eyni əmələ görə, daha bir cinayət işi başlanılıb.
Hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Həbs edilmiş bələdiyyə sədri ikinci dəfə cəzalandırıldı

Bölmənin xəbərləri