Hakim komanda Siyavuş Novruzovdan ibrət dərsi götürməlidir

25/08/2020 - 12:55 8 029 2   0  

Son vaxtlar hakimiyyət daxili çəkişmələrin və qarşıdurmaların səbəbləri uzun illər boyu dövlət məmurlarının hakimiyyət-xalq münasibətlərinə aydınlıq gətirmək əvəzinə ölkədə korrupsiyanın inkişafına daha çox önəm vermələri oldu.

Ölkə daxili siyasətin daima bərbad və birtərəfli olması nəhayət hakimiyyətin sonuna yaxınlaşmasına gətirib çıxardı. Baş verənlər ölkəmizdə siyasi sabitliyin qarantını ortadan qaldırdı. Məmurlar isə müxtəlif rollara girərək korrupsiya yolu ilə topladıqları sərvətlərini qorumağa çalışırlar. Bu isə ölkəmizdə heç nəyi dəyişməyəcək. Əksinə klanlar arasındakı qarşıdurma getdikcə dərinləşəcək və xalq-hakimiyyət münasibətləri daha da sərtləşəcək.

Yaranmış kəskin vəziyyəti nə haram yolla harınlaşmış dövlət məmurları, nə də ölkə başçısı həll edə bilməyəcəklər. Özlərinin dedikləri kimi hər kəs qanun qarşısında bərabərdir. Bu bərabərliyi pozmamaq üçün düşünürəm ki, YAP siyasi hakimiyyəti könüllü qaydada Siyavuş Novruzovdan ibrət dərsi götürərək komanda şəklində istefaya getməlidirlər.

AMİP Siyasi Şurasının üzvü Təbriz Musayev