Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. “Elitinfo.az” xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1978-ci ildə Bakıda anadan olan F.Yusub fərdi əməklə məşğul olur. O, bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. F.Yusuba ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət”ə müraciət etdiyini deyib. F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb. Prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq F.Yusubun məhkəmə zalında həbs olunmasını istəyib. Vəsatət təmin edilməyib, F.Yusub barəsində başqa yerə getməmək barədə qərar çıxarılıb. Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib. Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər. Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. Zərərçəkmiş qismində E.Şəkinski tanınır.
Hakim Emin Şəkinskinin keçmiş qaynının həbsi ilə bağlı vəsatəti təmin etməyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
“Elitinfo.az” xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1978-ci ildə Bakıda anadan olan F.Yusub fərdi əməklə məşğul olur.
O, bir müddət Rusiyada yaşayıb və orada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. F.Yusuba ekstradisiya zamanı ölkəyə qayıdış vəsiqəsi verilib və şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət”ə müraciət etdiyini deyib.
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
Prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq F.Yusubun məhkəmə zalında həbs olunmasını istəyib.
Vəsatət təmin edilməyib, F.Yusub barəsində başqa yerə getməmək barədə qərar çıxarılıb.
Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Zərərçəkmiş qismində E.Şəkinski tanınır.