Gürcüstanın yeni prezidenti: "Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil"

30/11/2018 - 09:58 2 860 0   0  

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

“Report” xəbər verir ki, siyasətçi bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır…bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - deyə Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da, kənarda qalmayacaq.

Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim "Gürcüstan arzusu" partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.