Gürcüstanda qrip virusunun yenidən qayıdacağı gözlənilir

24/01/2019 - 19:22 5 662 0   0  

Gürcüstan qrip virusunun ikinci dalğasına hazırdır.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, ölkədə "Tamiflu" dərman preparatının kifayət qədər ehtiyatı var: "Bizim qrip virusunun yayılmasının müşahidəsi ilə bağlı çoxillik göstəricilərimiz var. Bir, iki və ya daha çox dalğa ola bilər. İkinci dalğanın fevral ayında olacağı mütləq deyil, lakin ölkə buna hazır olmalıdır".

A.Qamkrelidze qeyd edib ki, fevralda qrip virusunun yayılması göstəricisi artsa, səhiyyə sistemi müvafiq tədbirlər həyata keçirəcək.

“Report” xatırladır ki, bu günə qədər qonşu ölkədə qrip virusundan 21 nəfər ölüb. Onların 19-nun "donuz qripi" adlandırılan A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub. Hazırda xəstəxanalarda 750-ya yaxın insan qripdən müalicə olunur.