GÜRCÜSTANDA AZƏRBAYCANLI İŞ ADAMLARININ ADI KEÇƏN MİLYONLARLA DOLLARLIQ YEYİNTİ FAKTI... - Marneulinin su probleminin həllinə yönəldilən pullar necə talan edilib... / FOTOLAR
Dörd il əvvəl Marneuli bələdiyyəsinin 35 200-ə yaxın sakininə 24 saat ərzində içməli su veriləcəyi vəd olunmuşdu. “Marneuli” radiosunun saytında yer alan xəbərdə bildirilir ki, əslində, hər şey 2018-ci ilin 22 noyabrında başladı. O zaman mərkəzi və yerli hakimiyyət nümayəndələri Mədəniyyət Mərkəzinin zalında toplaşmışdılar. Oradakı onlarla adama stabil, keyfiyyətli su təchizatı və kanalizasiya sistemindən istifadə edəcəkləri vədini vermişdilər.
Layihənin təqdimatı - 2018-ci il
Marneuli şəhərində və kəndlərdə layihənin həyata keçirilməsinə 2019-cu ildə başlanıldı. Yollar qazıldı, borular çıxarıldı, infrastruktur sıradan çıxdı, sıradan çıxmış yollara görə, ictimai nəqliyyat və yerli sakinlərin avtomobilləri xarab oldu.
Əslində, əhali bunların hamısına 2021-ci ilin mart ayına qədər “dözməli” idi. Həmin dövrdə layihənin başa çatacağı anons edilmişdi. Ancaq vəziyyət heç 2022-ci ildə də dəyişməyib. Belə ki, şəhər nəinki vəd olunan səviyyədə içməli su ilə təmin edilməyib, üstəlik, əksər küçələrdə yollar savaşdan sonra tərk edilmiş şəhərin xarabalığını xatırladır. Marneulidə Jordania, Karkaraşvili, Rəsulzadə, Səməd Vurğun küçələri və Yağlıca məntəqəsində keçmək demək olar ki, mümkün deyil.
Əvvəl işlərin həyata keçirilmə öhdəliyini Azərbaycan şirkəti “Akelik Group” üzərinə götürmüşdü. Layihəni şəhər xidmətinin yaxşılaşdırılma investisiyası proqramı çərçivəsində Asiya İnkişaf Bankı, 55 940 022 dollar dəyərində maliyyələşdirir. Təəccüblü olsa da, milyonlarla larilik büdcə fəhlələrin maaşını təmin edə bilmədi və iş məhkəməyə qədər gedib çıxdı. “Marneuli” radiosu kanalizasiya sistemlərinin tikinti əməkdaşlarını dəfələrlə işıqlandırıb. Onlar maaş tələbi ilə meriya qarşısında davamlı aksiyalar keçirirdilər.
“Akelik Group”-u işlərdən uzaqlaşdırdılar. İşi onun “övladlığı” olan “Tera Group” davam etdirdi. Ancaq onlar da əməkdaşların maaşını vermədi. İndiki mərhələdə Marneuli bələdiyyəsində kanalizasiya layihəsi dayandırılıb. Gürcüstan Birləşmiş Su Təchizatı şirkətinin işləri bitirmək üçün daha bir cəhdi var. İndiki mərhələdə tender elan edilib və namizədlər 2022-ci ilin 30 may tarixinə qədər tenderdə iştirak edə bilər. Şirkətdən “Marneuli” radiosuna bildiriblər ki, qeyd olunan layihə barədə təfərrüatlar ayın axırında bilinəcək.
Suveren.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Oxucularımıza Azərbaycan şirkətinin məlum “əməliyyat”dakı milyonluq yeyinti faktları ilə bağlı da ətraflı məlumat verməyə çalışacağıq.

Bölmənin xəbərləri