Gürcüstan XİN-dən Ermənistana silah ötürülməsi ilə bağlı AÇIQLAMA tələb edildi

21/07/2020 - 11:46 5 410 0   0  

Gürcüstanın Vahid Milli Hərəkat Partiyası, Azərbaycan mediasında yayılan məlumatlarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyindən izahat tələb etdi.

Suveren.az Report-a istinadla xəbər verir ki, partiya üzvü Salome Samadaşvili Xarici İşlər Nazirliyini bu məsələyə münasibət bildirməyə çağırdı.

Millət vəkilinin sözlərinə görə, yayılan məlumatlar doğrudursa, Gürcüstan beynəlxalq öhdəliklərini pozub: “Azərbaycan mediasının Gürcüstan ərazisindən Ermənistana silah ötürülməsi ilə bağlı məlumatları çox narahatlıq doğurur. Gürcüstanın beynəlxalq öhdəliklərinə görə, ölkə ərazisindən hərbi yüklər keçirilə bilməz. Xarici İşlər Nazirliyini ictimaiyyət qarşısında bu məsələyə aydınlıq gətirməyə çağırırıq ".

S.Samadaşvili qeyd edib ki, Gürcüstan beynəlxalq öhdəliklərini pozubsa, strateji tərəfdaşı və müttəfiqi - Azərbaycanla münasibətlərə ciddi ziyan dəyəcək.

Azərbaycan mediasında yayılan məlumatda bildirilir ki, bu yaxınlarda Serbiyadan gətirilmiş iri çaplı minaatanların böyük hissəsi Gürcüstan ərazisindən Ermənistana çatdırıldı, bu silahlar Tovuz istiqamətində gedən qarşıdurmalarda istifadə edildi.