Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turunda inzibati resurslardan istifadəyə yol verilməməsi ilə bağlı qərar qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin Administrasiyası məlumat yayıb.
Qərar seçkilərin dinc, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə qəbul olunub.
Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı bir siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə qadağan olunub. Bununla yanaşı dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsi namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplamaq və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara, iş vaxtı və ya xidməti vəzifələrini yerinə yetirən zaman seçkiöncəsi təbliğat apara bilməz.
Dövlət qulluqçusuna həmçinin Gürcüstan vətəndaşına pul mükafatının veriləcəyi ilə bağlı söz verməsi və ya seçki subyekti adından hədiyyə verməsi qadağan olunub.
Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. İkinci tur noyabrın 28-də baş tutacaq. İkinci turda mübarizə iki namizəd – Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcək.
Gürcüstan prezident seçkiləri – Hökumət inzibati resurslardan istifadəni qadağan edib