Gürcüstan azərbaycanlıları fevralın 8-i etiraz aksiyası keçirəcəklər

06/02/2019 - 23:57 11 875 0   0  

Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.

Bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.

Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.(report)