Güclü külək platformalarda hadisəyə səbəb olub? – SOCAR-dan açıqlama

17/01/2019 - 10:18 2 590 0   0  

Ötən gecə Xəzər dənizindəki neft-qaz yataqlarında hər hansı hadisə baş verməyib.

Bunu BakuPost-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib.
İ. Əhmədov deyib ki, SOCAR yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunmuş, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədi ilə növbətçilər sahələrdə saxlanılıb.
Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 2500 nəfərə yaxın neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb: "Biz 1700 neftçinin sahilə çıxarılmasını planlaşdırırdıqsa, sonradan qərar verdik ki, maksimum bütün əməkdaşları platformalardan çıxaraq. Yalınız istehsalat qəzalarının baş verməməsi üçün zəruri növbətçi əməkdaşlar növbə aparır. Bununla da təhlükəsizlik tədbirləri maksimum gücləndirilib. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər. Ümid edək ki, inşallah, heç bir hadisə də olmasın”.