GİLEY: Yediyarovla bağlı yoxlama niyə donub?

10/01/2019 - 09:42 2 311 0   0  

Gədəbəy rayonundan Oktay Əliyev adlı şəxs Reportyor.info-ya müracət edib. Rayonun keçmiş icra başçısı Ramiz Yediyarov tərəfindən hüquqları pozulmuş bu şəxs keçmiş başçının vəzifəsindən azad edilməsindən sonra rayonda baş verən xoşagəlməz hadisələr barədə əsəbi şəkildə məlumat verdi. O.Əliyevin söylədiklərini olduğu kimi nəzərinizə çatdırırıq. Cənab Prezident bizim kimi insanların səsinə səs verərək 01 iyun 2018 ci il tarixdə R.Yediyarov adlı cinayətkarı rayon rəhbərliyindən rədd etdi. Bütün rayon əhalisi Prezidentin bu qərarını ürəkdən alqışladı. Bu qərardan bir neçə gün sonra rayona Baş Prokurorluğun müstəntiqləri gəldi, Yediyarov və ətrafının törətdiyi cinayət əməlləri araşdırmağa başlandı.

Amma sən demə bu yoxlamalar mən və məni kimi sadəlövh adamları aldadıb arxayın salmaq üçün imiş. Görün işin harasıdır ki, Yediyarovdan sonra rayona 3 müxtəlif təşkilatdan – Korrupsiyaya qarşı mübarizə idarəsi , Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyası gəldi və hər 3 komissiyanın üzvləri təftiş dövrünü rayonun ən çox korrupsiyalaşmış şəxsi olan, təhsil şöbəsinin müdiri Baxış Nağıyevin bahalı villasında gecələdilər, yeyib içib kef çəkdilər. Ona görə də 8 aydır bunların yoxlamasından xəbər yoxdu. Hətta sonuncu gələn Hesablama Palatasının komissiyası Sosial Müdafə Mərkəzində yoxlama aparmasına baxmayaraq Yediyarovun dövründə verilmiş saxta veteran müavinətlərini belə üzə çıxartmadı. Yaxşı bəs bunlar nə üçün gəlmişdilər? Belə çıxır ki, Yediyarov günahsız imiş və Prezident onun haqüında düz qərar verməyib.? Axı Yediyarovun bu gün də vəzifə başında olan adamlarının cinayətlərindən, haram yolla topladıqları çoxsaylı əmkaklardan xəbəri olmayan yoxdu. Faciə ondadır ki bu yoxlamalar gəlib gedəndən sonra artıq bu adamların çəkindikləri yer qalmayıb.Ölkənin ən ali təftiş qurumlarının bu cür biabırçı şəkildə satın alınması bu adamları daha da arxayınlaşdırlıb.Bundan sonra bu şəxslər qorxusuz ürküsüz istənilən cinayətə yol vrrəcəklər.