General intihar etdi

07/12/2018 - 22:00 11 128 0   0  

Cənubi Koreya ordusunun ehtiyatda olan generalı Li Ce-su özünü binadan atıb.

Suveren.az xəbər verir ki, Cənubi Koreya ordusunun müdafiə-təhlükəsizlik komandanlığının keçmiş rəhbəri olmuş Li Ce-su Seulun Sonpa rayonunda günorta saatlarında intihar edib.

60 yaşlı general 2014-cü ildə gəmi qəzasında həlak olmuş 300 nəfərdən çox insanın yaxınlarını barədə qeyri-qanuni gizli məlumatlar toplamaqda ittiham olunub.

Prokurorluq ordunun müdafiə-təhlükəsizlik komandanlığının bu işə ölkənin keçmiş prezidenti Park Kın-hye istəyi ilə başladığını güman edir.