Suveren.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Böyük iyirmiliyin» plenar iclasında Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putini Səudiyyə şahzadəsi Mühəmməd ben Salmanla yanaşı oturdublar.
Birləşmiş Ştatların lideri Donald Tramp Putindən 4 yer aralı oturub.
Yaranmış ibrətamiz vəziyyət bəzi oxşarlığı ilə diqqəti cəlb edir – sanki taleyin bir rişğəndidir. Belə ki, son günlər Kerç boğazında baş vermiş insidentdən sonra, Rusiya Prezidenti Ukrayna hərbi gəmilərinə qarşı həyata keçirilmiş təcavüzün əsas günahkarı kimi təqdim olunur və məhz bu səbəbdən dolayı da Amerika lideri Donald Tramp onunla planlaşdırdığı görüşdən imtina edib…
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Mühəmməd Salman oğlu da səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının Türkiyədə qətlə yetirilməsinin sifarişçisi olmaqda ittiham edilir…
İki cinayət – iki günahkar, həm də yanaşı… Taleyin rişğəndimi?
G20 sammitində Səudiyyə şahzadəsini Putinlə yanaşı oturtdular – Taleyin rişğəndimi?…