Futbol üzrə dünya çempionu həbs olundu

31/10/2018 - 21:32 6 385 0   0  

İtaliya milli komandasının sabiq futbolçusu Vinçentso Yakvinta həbs olunub.

Suveren.az xarici mətbuata istinadən xəbər verir ki, o, qanunsuz odlu silah saxladığı üçün məhkum edilib. Sabiq hücumçu 6 il müddətinə azadlıqdan məhrum oluna bilərdi.

Çünki Yakvinta mafiya ilə əlaqədə də şübhəli bilinirdi. Lakin sonradan ona qarşı olan ittihamlar aradan qaldırılıb. Yakvintanın atası isə cinayətkar dəstə ilə əlaqələrə görə 19 il müddətinə həbs edilib.

Qeyd edək ki, Vinçentso Yakvinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. 38 yaşlı sabiq forvard karyerası ərzində İtaliyanın "Yuventus" və "Udineze" klublarında çıxış edib.