“Son ilyarım ərzində çoxlu sayda hərbdən yayınan vətəndaş hərbi qulluğun əvəzinə pul ödəmək təklifilə çıxış edib.” Bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Mixitar Ayrapetyan deyib. Suveren.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, Ermənistan mətbuatına açıqlama verən deputat indiyədək hərbi qulluqdan yayınan, yəni gizlənərək fərarilik edən çoxlu sayda erməninin döyüşmək, xidmət etmək əvəzinə pul vermək fikrində olduğunu söyləyib.
Ona görə də, M.Ayrapetyan və hakim partiyanın daha iki deputatı parlamentə hərbi qulluqla bağlı qanuna yeni dəyişiklikləri əks etdirən layihə təklif ediblər.
Layihəyə görə, 27 yaşına çatan və həmin vaxtadək müxtəlif yollarla hərbi qulluqdan yayınan, gizlənən ermənilər Ermənistan ordusunda müddətdən artıq xidmət göstərən hərbçilərin iki illik maaşı miqdarında pul ödəməlidirlər. Bu isə təxminən 11 min ABŞ dolları deməkdir. Yəni Rusiyada, yaxud başqa ölkədə gizlənən, ya da elə Ermənistanda yaşayan, lakin 27 yaşınadək hərbi qulluqdan yayınanlar bu məbləği ödəmklə canlarını ordudan qurtarmış olacaqlar.
Erməni deputat deyib ki, bu problem ilbəil kəskin xarakter alır. Yəni fərarilərin sayı getdikcə artır: “Bu problem hər il aktuallaşır. Biz təklif edirik ki, bu adamlar onların əvəzinə iki il səngərdə oturan, sərhədi qoruyanların əvəzinə pul ödəsinlər.” Layihədə qeyd olunur ki, MAXE-lərin maaşları artdıqca, ordudan yayınanların ödəyəcəyi pul da artacaq.
Erməni deputat həmçinin qeyd edib ki, hərbi xidmətdən yayınanların cəzalandırılması əhalinin Ermənistandan mahacirətilə nəticələnir.
Hələ ki, Paşinyan hökuməti bu layihə ilə bağlı fikrini açıqlamayıb. Ancaq Ermənistanda bir çoxları hesab edirlər ki, ordu rəhbərliyi və Müdafiə Nazirliyi bu dəyişikliyin qəbul olunmamasına çalışacaq. Çünki onsuz da Ermənistan ordusunda xidmət etmək istəməyənlərin sayı çoxdur, bu dəyişiklik qəbul olunacağı təqdirdə isə onların sayı dəfələrlə arta bilər.
Fərari ermənilər canlarını qurtarmağın yolunu tapdılar-Pul ödəyərək...

Bölmənin xəbərləri