Fransa İtaliyadakı səfiri Kristian Massetini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
Bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Rəsmi Parisin bu addımının səbəbi İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Liuci Di Maionun həftənin əvvəlində Fransadakı “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri ilə görüşməsidir.
Həmin görüşdən sonra Fransa İtaliyaya təxribatlara uymamaq barədə xəbərdarlıq etmişdi. Fransa XİN-in sözçüsü isə bildirmişdi ki, Roma Fransanın daxili işlərinə qarışaraq ikitərəfli münasibətlərə xələl gətirməməlidir.
İtaliya baş nazirinin digər müavini, daxili işlər naziri Matteo Salvini isə açıq şəkildə bəyan etmişdi ki, “bütün qəlbimlə Fransanın dəhşətli hökuməti və qorxunc prezidentinin idarəçiliyi altında yaşayan Fransa xalqının yanındayam”.
Fransa İtaliyadakı səfirini geri çağırdı - QALMAQAL

Bölmənin xəbərləri