Beynəlxalq Futbol Federasiyası (FIFA) təsdiq edib ki, qurumun fəaliyyətdə olan prezidenti Canni İnfantino qarşıdan gələn seçkilərdə federasiyanın başçısı vəzifəsinə yeganə namizəddir.
Suveren.az xəbər verir ki, bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb.
Potensial namizədlərin müraciətlərinin qəbul edilməsi müddəti fevralın 5-də başa çatıb.
Məlumatda deyilir: “İdarəetmə komitəsi FIFA nizamnaməsi və reqlamentinin düzgün tətbiqini təmin etməklə seçki prosesinə nəzarət edəcək”.
FIFA başçısının seçkiləri iyunun 5-də Parisdə keçiriləcək. “Financial Times” qəzetinin yazdığına görə, 196 milli futbol federasiyası İnfantinonun namizədliyini dəstəkləyir.
Canni İnfantino Yozef Blatterin FIFA-nın başçısı vəzifəsindən getməsi ilə nəticələnən korrupsiya qalmaqalından sonra 2016-cı ilin fevralında qurumun prezidenti vəzifəsinə seçilib. İnfantinonun rəhbərliyi altında təşkilatın maliyyə durumunun və nüfuzunun bərpasına yönələn islahatlar paketi həyata keçirilib.
FİFA prezidentliyinə yeganə namizəd bəlli oldu