Fazil Məmmədovun taleyini həll edən qərar - onu bağışlamaq olmaz!

14/01/2019 - 09:42 2 374 1   0  

Prezidentin müşavirədəki çıxışı bir daha göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi vergi sahəsində yaradılan xaosla bağlı olub; Fazil Məmmədovun əməllərinin yenidən yada salınması həm də o deməkdir ki, keçmiş nazirin xəstəliyi onun günahlarını azaltmayıb və dövlət başçısı onu bağışlamayıb...

13 ay əvvəl qəfil işdən çıxarılan vergilər naziri Fazil Məmmədovun məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı iddialar yenidən təzələnib. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov son illər işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il) uzun aylardır ki, Azərbaycandan kənarda müalicə olunurdu. F.Məmmədov ötən ilin sonlarında Bakıya qayıtdı və dərhal da onun yenidən ağır cərrahi əməliyyat keçirdiyi xəbəri yayıldı. Onun indi harada olduğu və sağlıq durumu barədə informasiya yoxdur. Amma onun əməlləri haqda hələ də danışılır.

Prezident İlham Əliyev yanvarın 11-də nazirlərlə keçirdiyi müşavirədə vergi sahəsində dərin islahatlar aparıldığını deyib. Prezident adını çəkməsə də, Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrü yada salıb: “Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü”.

Prezident İlham Əliyev yanvarın 11-də nazirlərlə ile ilgili görsel sonucu

Dövlət başçısı əlavə edib ki, F.Məmmədovun nazir olduğu illərdə vergi sahəsində özbaşınalıq hökm sürüb: “Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır”. 

fazil məmmədov ile ilgili görsel sonucu

Dövlət başçısı qeyd edib ki, həm vergi, həm gömrük  sahələrində işləyənlərə xəbərdarlıq edilib ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. “Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar” deyə, dövlət başçısı bildirib.

Prezidentin çıxışı bir daha onu göstərir ki, 13 ay əvvəlki qərarın səbəbi F.Məmmədovun içki düşkünü yox, ən əsası vergi sahəsində yaratdığı xaosla bağlı olub. Bunu o səbəbdən yada salırıq ki, F.Məmmədovun “içki məclislərinə” görə işdən çıxarıldığı iddia olunurdu. Sabiq nazirin ətrafı mediaya hətta F.Məmmədovun tezliklə hansısa ölkəyə səfir göndəriləcəyi barədə dezinformasiyalar yayırdı. Bu, əlbəttə ki, diqqəti sabiq nazirin 17 ilik fəaliyyətindən yayındırmaq cəhdi idi. Amma yeni vergilər naziri Mikayıl Cabbarov ilk çıxışında F.Məmmədovun fəaliyyətini ciddi tənqid etməklə qərarın əsl səbəbini göstərmiş oldu. Yeni nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi.

manatlar ile ilgili görsel sonucu

Vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə mediada yayılmış iddialardan sonra isə F.Məmmədovun ürəyi dözmədi. F.Məmmədovun ürəyinin tutması mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf etməsi onun məsuliyyətdən yayınmaq cəhdi kimi də qiymətləndirilirdi. İddia olunurdu ki, əslində sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli-miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “xəstələnib”. Bildirilirdi ki, F.Məmmədov “Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Dövlət başçısının yanvar müşavirəsində F.Məmmədovun əməllərini yenidən yada salması həm də o deməkdir ki, sabiq nazirin xəstəliyi onun günahlarını azaltmayıb və prezident onu bağışlamayıb. Onu da yada salaq ki, uzun illər ölkənin ən iri məmur-oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun hələ də böyük biznes imperiyası var.