"Ermənistan nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinin icrasını davam etdirməyə hazırdır".
RİA Novosti-nin verdiyi məlumata görə, bunu jurnalistlərə Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan deyib.
"Ermənistan KTMT-nin Baş katibi vəzifəsinin icrasını davam etdirməyə hazırdır. Yəni yeni nümayəndəni təyin etməklə...", - D.Tonoyan vurğulayıb.
O, eyni zamanda bildirib ki, Ermənistanın KTMT-dən çıxması üçün zəmin yoxdur: "Ermənistan bu təşkilatın həmtəsisçilərindəndir və KTMT-də problemli məsələlərin müzakirə olunması normal hadisədir".
Xatırladaq ki, bir müddət əvvəl Yuri Xaçaturov KTMT-nin Baş katibi vəzifəsindən azad edilib, bu vəzifənin icrası onun müavini Valeri Semerikova həvalə edilib. Lakin rəsmi Yerevan təkid edir ki, Ermənistan nümayəndəsi rəhbər vəzifədə 2020-ci ilədək qalmalıdır.
Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur - Tonoyan

Bölmənin xəbərləri