Ermənistanda rusyönümlü müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Maraqlıdır ki, bu dəfə “demokratik etiraz” tələbi ilə rusyönmülü müxalifət təşəbbüsü ələ alıb. Hətta Ermənistanda Nikol Paşinyan hakimiyyətinin devrilməsi gündəmə gəlib. Hərçənd, bu təşəbbüs sıradan ermənilər tərəfindən dəstəklənmir.
Rusiya Federasiyasının niyə məhz indiki məqamda Ermənistan hakimiyyətinə misli görünməmiş təzyiqlərə başladığı maraq doğurur. Bu məsələyə "Yevropeyskaya Pravda"nın redaktoru Yuri Pançenko da toxunub. Söhbət ondan gedir ki, İrəvanın hazırkı gedişi Rusiyanı narahat etməyə başladı. Bəs səbəb nədir?
Ermənistan müxalifəti iki eks-prezident Robert Köçəryan və Serj Sarkisyana bağlı olan iki parlament qüvvəsindən, həmçinin bir neçə parlamentdənkənar partiyadan ibarətdir. Əslində Ermənistanda müxalifətin kütləvi etirazları aprelin 25-də başlayıb. Müxalifət hakimiyyəti Qarabağdan imtina etməyə və nəhayət, Azərbaycana verməyə hazır olmaqda ittiham edir. Hətta N.Paşinyanın "vətənə xəyanət"də ittiham olunması cəhdi də var. Baş verən etirazlara səbəb baş nazir Paşinyanın, xüsusən də Ermənistan tərəfinin Qarabağın statusu ilə bağlı “gözləntilərini azaltması” ilə bağlı bəyanatı olub.
Artıq mayın 1-dən Ermənistan paytaxtının mərkəzində barrikadalarla əhatə olunmuş çadırlar qurulub, etirazçılar şəhərin əsas küçələrini bağlamağa çalışıblar. Müxalifət bir neçə gün sonra, mayın 4-dən başlayaraq yük maşınları və betonqarışdıran maşınların köməyi ilə əsas İrəvan magistrallarını, eləcə də Kiyev körpüsünü bağlamağa çalışıb. Həmçinin, Paşinyanın çıxış etməli olduğu parlamentə hücum elan edib, lakin sonradan bundan imtina edib.
Etirazların körüklədiyi gərginliyinin aşkar artmasına baxmayaraq, hazırkı mitinqlər 2018-ci ildə, bir neçə ay ərzində 100 minə yaxın etirazçının İrəvan küçələrinə çıxdığı hadisələrin həddinə çatmaqdan uzaqdır. 10-12 min adamın düzənlədiyi etirazların hökuməti dəyişmək üçün miqyası yetərli deyil.
Bu etirazlar əvvəldən Rusiya mətbuatında geniş şəkildə elan edilib və işıqlandırılıb. Müxalifətin qalib gəlmək şansının müəyyən olunduğu keçən ilki parlament seçkilərində də belə informasiya dəstəyi olmayıb. Digər tərəfdən də Rusiya, yaxud rusyönmülü erməni müxalifəti Ermənistanla Azərbaycan arasında sülh sazişinə qarşı etirazları niyə dəstəkləyir? Səbəb nədir? Müşahidə olunan siyasi mənzərə hansı rəsmi ortaya qoyur? Cavab çox sadədir: çünki bu dəfə danışıqlara Moskva deyil, Brüssel vasitəçilik edir.
Ötən ildən Aİ Azərbaycan və Ermənistan arasında alternativ vasitəçiliyə cəhd edib. Bir müddət iki paralel sülh prosesi gedirdi - Aİ və Rusiyanın vasitəçiliyi ilə.
Rusiya uzun müddət Aİ-nin sülhməramlı cəhdlərinə narahatlıqla baxsa da, atəşin dayandırılmasının təminatçısı statusunun və Qarabağdakı Rusiya sülhməramlılarının onların xidmətlərindən imtina etməyə imkan verməyəcəyinə əmin idi. Ancaq görünən odur ki, başqa cür oldu. Aİ-nin “yumşaq diplomatiyası” Rusiyanın güc diplomatiyasından effektiv oldu.
ERMƏNİSTANDAKI PROSESLƏRİN PƏRDƏARXASI… - Ruspərəst qüvvələr Paşinyanı devirə biləcəkmi?

Bölmənin xəbərləri