"Ermənistan tranzit boru kəmərində maraqlıdır" - Paşinyandan ilginc açıqlama

29/01/2019 - 13:07 10 075 0   0  

"Ermənistan öz ərazisində tranzit qaz kəmərinin keçməsində maraqlıdır".

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində bildirib.
O, "Rusiyadan enerji asılılğından qurtulmaq baxımından “Şimal axını-2” kimi layihələri təhlükəli görən ölkələrlə həmrəy olub-olmadıqları" barədə sualı da cavab verib.
Hökumət başçısı deyib: “Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Halbuki biz də hansısa A nöqtədən B nöqtəyə qaz, yaxud neft nəql edəcək bir tranzit boru kəmərinin ölkəmizdə inşa olunmasında maraqlıyıq. Yəni bu kimi layihələr bizi çox maraqlandırır”.