Ermənistan Silahlı Qüvvələri “Toçka-U” taktiki raket kompleksindən nöqtə atışları həyata keçirib.
Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz “Facebook” səhifəsində yazıb.
Yaylım atəşi ilə bağlı “Zinuj Media” da veriliş hazırlayıb. Xüsusi reportaj 1 dekabr tarixli verilişdə saat 21:45-də ictimai televiziyada nümayiş olunacaq.
Qeyd edək ki, "Toçka-U" – Kolomensk Maşınqayırma Konstruktor Bürosunun hazırladığı yüksək dəqiqlikli taktiki raket kompleksidir. "Toçka" raket kompleksinin hazırlanmasına 4 mart 1968-ci ildən SSRİ Nazirlər Sovetinin qətnaməsi üzrə başlanılıb.
Kompleks Sovet Ordusunun silahlandırılmasına rəsmən 1976-cı ildə qəbul edilib, baxmayaraq ki, raketlərin seriya istehsalına 1973-cü ildə start verilib. NATO-nun təsnifatı üzrə kod işarəsi – SS 21 Scarab A-dır.
Müasirləşdirilmiş raket kompleksi "Toçka-U" adını (NATO işarəsi — Scarab B) alıb və 1989-cu ildən qoşun bölmələrinə daxil olmağa başladı.
"Toçka-U" raket kompleksi rəqibin arxa cəbhədəki kiçik ölçülü hədəflərini (yerüstü kəşfiyyat zərbə vasitələri kompleksləri, idarəetmə məntəqələri, təyyarə və vertolyotların
dayanacaqları, döyüş sursatları anbarları, yanacaqlar ehtiyatları bazası və s.) məhv edilməsi üçün nəzərdə tutulub.
Ermənistan “Toçka-U” raket kompleksi tətbiq etdi