Ermənistan ordusundakı qiyamın ŞOK DETALLARI: Əsgərlər narkotik qəbul edib və...

28/03/2019 - 11:09 5 122 0   0  

Ermənistan ordusunda baş verən qiyamın yeni təfərrüatları ortaya çıxıb.
Mehridə baş verən qiyamın əsas təşkilatçıları müəyyən üstünlüyə malik olan köhnə əsgərlər olub.
Ermənistan mediasının məlumatına görə, bir qrup əsgər hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Zabitlər nizam-intizamı bərpa etmək istəyəndə alay həmin əsgərlərin çağırışına dəstək verərək hərbi hissəsini tərk edib.
Şəhər küçələrində gəzən əsgərlərin hərəkətlərini müşahidə edən şahidlər onların narkotik maddələr qəbul etdiyini deyirlər. Bəzi məlumatlara görə, qiyamın baş verdiyi hərbi hissədə narkotik bitkilər də becərilirmiş. Lakin bundan zabitlərin xəbərinin olub-olmaması məlum deyil.
Bir sıra erməni ekspert isə qiyamın baş verməsinin əsl səbəbinin gizlədildiyini, baş verənlərdə əsas günahkarın zabitlərin özbaşınalığının olduğunu hesab edirlər./Publika