Ermənistan Azərbaycanın milli sərvətlərini talamaqda davam edir.
Suveren.az modern.az-a istinadən xəbər verir ki, bu dəfə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı altında mineral su istehsal edəcək zavodun açılışı olub. 30 işçisi olan zavod Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət göstərəcək. Ermənilər İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında satacaq. İlk növbədə, Qarabağada yerləşdirilmiş işğaçı ordunun hərbçiləri su ilə təmin ediləcək. Gələcək planda isə suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə satışı nəzərdə tutulub. Planlarda zavodun limonad, soyuq kofe və çay istehsal etməsi də planlaşdırılır.
Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq

Bölmənin xəbərləri