Erməni prokuror Ukrayna ilə müharibəyə yollanır – Zorlamada ittiham edildiyi üçün “canını qurtarır”

31/07/2024 - 23:08 1 169 0   0  

Rusiyada bu və ya digər cinayətdə ittiham olunan şəxslərin cəzadan qurtulmaq üçün Ukraynaya qarşı işğalçılıq müharibəsinə yollanması adi hal alıb.

Rusiya mətbuatında gedən məlumata görə, növbəti belə bir hadisə Şimali Osetiyada baş verib.

“Baza” kanalının bildirdiyinə görə, söhbət Şimali Osetiya prokurorluğunun prosessual nəzarət departamentinin rəis müavini, hazırda istintaq altında olan Qriqori Avakyandan gedir. Nəşrin məlumatına görə, o, Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq üçün müraciət edib və iyulun 24-də Rusiya Federasiyasının İstintaq Komitəsindən onun Ukraynaya qarşı müharibəyə göndərilməsini xahiş edib. 

Qeyd olunur ki, Avakyan artıq hərbi həkim komissiyasından da keçib. Bu yüksək vəzifəli prokuror iyulun əvvəlində zorlamada şübhəli bilinərək saxlanılıb. Zərərçəkənin dediyinə görə, erməni prokuror tabeliyində işləyən xanımın qəbul etdiyi mayeyə güclü təsiredici maddə qataraq, onu müdafiəsiz vəziyyətə gətirib və Şimali Osetiya prokurorluğunun binasında zorlayıb. Rusiya mətbuatının məlumatına görə, Avakyan qısa müddət sonra saxlanılıb. Faktla bağlı zorlama maddəsi ilə cinayət işi açılıb.

Həkimlər zorakılığın olduğunu təsdiqləyiblər. Prokurorluqda çalışan xanımın bədənində xarakterik xəsarətlər, qançırlar, sıyrıqlar və daxili orqanların zədələnməsi aşkarlanıb. “Baza” xəbər verir ki, zərərçəkən qadın Avakyanın müharibəyə getməsinin əleyhinədir. O, hesab edir ki, bu yolla prokuror cinayət məsuliyyətindən yayınmaq istəyir./azpolitika