Strasburqda səfərdə olan Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı Zohrab Mnatsakanyan Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüşüb.
Azvision.az Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Ermənitanın təşkilatdakı fəaliyyəti ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunub.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İrəvanın mövqeyini Avropa Şurasının baş katibinə çatdıran Mnatsakanyan bildirib ki, Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində və yalnız sülh yolu ilə həllinə tərəfdardır.
Erməni nazir Yaqlandla Qarabağ münaqişəsini müzakirə edib